media-xankendi-01-1

Hər dəfə Qarabağa yolum düşəndə, işlərimin ortasında çalışıram ki, yerli abidələri və mədəniyyət nümunələrini araşdırım. Bu səfər zamanı çox gərgin iş rejimi içində ermənilərin saxtakarlıqlarını ifşa edən iki abidəni araşdıra bildim. Birincisi illərdir ermənilərin öz memarlığı kimi təqdim etdiyi, lakin simvolu və forması ilə yanaşı tikinti materialları belə oğurluq olan “Biz və bizim dağlar” abidəsi barədə qeydləri sizlərə təqdim edirəm.

media-whatsapp-image-2026-02-23-at-11-39-46

Xankəndində bu heykəlin müəllifi Sərkis Baqdasaryandır. O, İtaliyada keçirilən sərgidə bu formada abidə görüb və diasporun təklifi ilə eynisini yaratmaq qərarına gəlir. Baqrat Ulubabyan, Zori Balayan və həmin dövrün bir neçə erməni nümayəndəsi ilə məsləhətləşmələr aparılır.

Abidə qırmızı tuğdan istifadə edilərək tikilib. Ermənilər işğal etdikləri ərazilərimizdə olan qədim abidələri saxtalaşdırarkən də qırmızı tuğlardan və xaç daşlardan istifadə edirdilər. Onlar hesab edirlər ki, bu xaç daşlar yalnız ermənilərə məxsusdur. Bu, tamamilə yanlışdır. Çünki erkən erməni memarlığında qırmızı tuğdan istifadə edilməyib.

Qırmızı tufun “erməni memarlığı” kimi qələmə verilməsi əslində böyük bir təbliğatdır. Ciddi alimlər də təsdiq edirlər ki, Qafqaz regionunda — Naxçıvanın qədim memarlıq nümunələrində, qala divarlarında və türbələrində vulkanik daşlardan, o cümlədən tufdan geniş istifadə olunub. Naxçıvan qədim bir coğrafi ərazi olduğu üçün ondan da əvvəl bu regionda yaşayan xalqlar qırmızı və boz tufdan istifadə ediblər. Ermənilər Rusiyanın dəstəyi ilə bu ərazilərə köçürüldükcə və sayları artdıqca, yerli mədəniyyətə məxsus qədimlikləri mənimsəyiblər və hələ də buna davam edirlər.

Erməni memar bu tikilini yaradan zaman qədim türklərə məxsus simvolları da mənimsəyərək öz adlarına çıxıblar. Şəkildəki simvolun demək olar ki, eynisinə Səlcuq türklərinin memarlığında “Çarxı-fələk” adı ilə rast gəlirik.

Səlcuqlar bu naxışı daş üzərində böyük ustalıqla işləyirdilər. Ermənilər isə bunu “Arevakhach” (Günəş xaçı) adlandıraraq özününkü kimi təqdim etməyə çalışırlar.

Qədim türklər və onlarla əlaqəsi olan digər şərq xalqları bu simvolun sonsuzluğu, əbədi hərəkəti və həyatın dövranını təmsil etdiyinə inanırdılar. Bu simvolu min illər əvvəl (hələ xalqların müasir adları formalaşmamışdan əvvəl – Z.Ə.) Mesopotamiya, Misir, Hindistan və hətta qədim Avropa xalqlarında da görmək mümkündür. Kiçik fərqlərlə olsa da, hamısında oxşar məna daşıyırdı.

Qədim türk xalqlarında (hunlar, göytürklər) bu simvol Təngriçilik inancında kainatın dörd tərəfini, fəsillərin dəyişməsini və ruhun əbədi dövranını bildirirdi. Səmavi dinlərdən əvvəl tikilən memarlıq abidələrində bu işarəyə tez-tez rast gəlinir.

Ermənilər isə sadəcə özlərini xristian kimi təqdim etmək üçün qədim türk və şərq xalqlarının rəmzlərini götürüb xaçlarla birləşdirərək “öz simvolları” kimi təqdim ediblər.

Azərbaycan ərazisindəki Qafqaz Albaniyası məbədlərinə baxsanız, orada da buna bənzər həndəsi naxışlar, günəş diskləri və əbədiyyət işarələri yüzlərlədir. Ermənilərin izi-tozu bu torpaqlarda olmayanda (Albaniya dövründə və ondan qat-qat əvvəl) bu simvollar yerli xalqların istifadəsində idi. Səkkiz qollu quruluş isə bu günün özündə Azərbaycanın istifadə etdiyi simvollardan biridir.

Daşın teksturası və simvolun oyulma dərinliyi göstərir ki, bu işarə əvvəldən orada olmayıb, “bərpa” adı altında sonradan əlavə edilib.

Son olaraq qeyd edim ki, abidə Azərbaycan SSR büdcəsindən ayrılmış vəsait hesabına yaradılmışdır.

Zaur Əliyev


media-adspc

Bənzər xəbərlər