Komor gəmisi İstanbul sahillərində dayazlıqda ilişdi
İstanbulun Sarıyer sahillərində Komor Respublikasına məxsus yük gəmisinin dayazlıqda ilişməsi ilə bağlı xilasetmə işlərinə başlanılıb.
ERAmedia Türkiyə mətbuatına istinadən xəbər verir ki, 100 metr uzunluğunda olan Razouk adlı gəmi Rumıniyanın Konstansa limanından İstanbul Boğazı istiqamətində ankora (gəminin suyun içində hərəkətsiz dayanması üçün atılan ağırlıq və ya bu ağırlığın yerləşdiyi qurğu -red.) dayanmaq üçün hərəkət edərkən naməlum səbəbdən dayazlıqda ilişib.
Hadisə Karşıyaka sahillərində baş verib. Təhlükə siqnalı daxil olduqdan sonra Sahil Mühafizəsinin Baş İdarəsinin bölmələri hadisə yerinə göndərilib.
Gəminin xilasetmə işləri davam edir.
Vural










