media-sywai2x2hrco3guicmuezxtfbi

NATO-nun baş katibi Mark Rütte fevralın 3-də Kiyevə səfər edəcək. Onun Ali Radada çıxış edəcəyi gözlənilir.

ERAmedi Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə xalq deputatları Yaroslav Jeleznyak və Aleksey Qonçarenko bildiriblər.

Məlumata əsasən, fevralın 3-də Ali Radanın 15-ci sessiyası açılacaq. Gündəliyə, digər məsələlərlə yanaşı, NATO-nun baş katibinin çıxışı da daxil edilib.

“Sabah Ukrayna Ali Radasında Mark Rütte çıxış edəcək”, – deyə A.Qonçarenko yazıb.

“Açılış, NATO-nun baş katibinin çıxışı və bir sıra prosedur məqamlar planlaşdırılır”, – deyə Y.Jeleznyak qeyd edib.

M.Rüttenin Ukrayna paytaxtına gedəcəyi barədə hələ rəsmi məlumat verilməyib.


media-adspc

Bənzər xəbərlər