Moskvaya sülh təklifini təqdim edəcək
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff oktyabrın 20-si Osloda Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar apardıqdan sonra Moskvaya səfər etməyi planlaşdırır.
ERAmedia xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrə istinadən məlumat yayıb.
O, Osloda həmçinin Norveçin Baş naziri Yunas Qar Störe və E4 ölkələrinin (Böyük Britaniya, Fransa, Almaniya və Polşa), Aİ və NATO nümayəndələri ilə görüşəcək.
Nəşrin məlumatına görə, bundan sonra Uitkoff Rusiyaya yollanacaq. Burada onun ölkə Prezidenti Vladimir Putinlə görüşəcəyi, ona Kiyev və Avropa tərəfdaşları ilə birgə hazırlanmış sülh təklifini təqdim edəcəyi gözlənilir.
Qeyd edək ki, daha öncə Oslodakı görüşdə ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin də iştirak edəcəyi bildirilsə də, sonradan onun xəstələndiyi üçün Norveç paytaxtına yollanmayacağı açıqlanıb.









