Müdafiə Nazirliyi AzTV-nin bir sıra əməkdaşlarını təltif edib
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi – mətbuat katibi polkovnik Anar Eyvazov və Nazirliyin digər rəsmiləri QSC-nin əməkdaşları ilə görüşüblər.
ERAmedia xəbər verir ki, görüş zamanı Azərbaycan-Türkiyə-Özbəkistan üçtərəfli əməkdaşlığı çərçivəsində keçirilən “Birliyin Gücü-2026” təliminin işıqlandırılmasında göstərdikləri xidmətlərə görə AzTV-nin bir sıra əməkdaşları Azərbaycan Respublikası müdafiə naziri general-polkovnik Zakir Həsənov adından fəxri fərmanlarla təltif olunublar.









