Nildə sərnişin bərəsi batıb - itkin düşənlər axtarılır
Şimali Sudanın Nil çayı əyalətində sərnişin bərəsi batıb. Cəmi səkkiz sərnişin xilas edilib, itkin düşənlərin axtarışı davam edir.
ERAmedia Sinxua agentliyinə istinadla xəbər verir ki, qəza güclü dalğalar səbəbindən baş verib. Hadisə zamanı qayıqda 30-dan çox sərnişinin olduğu bildirilir.
Sudan Həkimlər Şəbəkəsi və mülki müdafiə orqanları qəzaların qarşısını almaq üçün çay nəqliyyatında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı çağırış edib.










