media-jzwk9s8iyyxgbpiypyddhrn3uh23q7kml528m1dz_1200

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan portuqaliyalı hücumçu Kriştianu Ronaldunun ətrafında yaranmış vəziyyəti şərh edib.

ERAmedia xəbər verir ki, bu barədə jurnalist İlyes Piters “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl Kriştianu Ronaldu baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişəyə görə Portuqaliya millisinin düşərgəsini tərk edib. İddialara görə, təcrübəli hücumçu milli komandadakı karyerasını başa vurmaq qərarına gəlib.

Zidan Ronaldunun karyerasını yüksək qiymətləndirərək onunla birlikdə işləmək imkanına sahib olduğu üçün məmnunluğunu ifadə edib:

“Kriştianu Ronaldu? Onun möhtəşəm karyerasına haqqını vermək lazımdır. Bəxtim gətirib ki, onunla birlikdə çalışmışam. Onun sayəsində inanılmaz kuboklar qazandım. Mən bütün futbolçulara, xüsusən də Kriştianuya böyük hörmətlə yanaşıram”, – deyə Zidan bildirib.

Qeyd edək ki, Ronaldo və Zidan 2016-2018-ci illərdə “Real Madrid” klubunda birlikdə çalışıblar. Həmin dövrdə Madrid təmsilçisi İspaniya çempionu olub və ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.


media-adspc

Bənzər xəbərlər