media-idxal-ixrac

Azərbaycanın 2026-cı ilin yanvar-may aylarında qeyri neft-qaz idxalı real ifadədə 45,4 faiz azalıb, qeyri neft-qaz ixracı isə 3,7 dəfə artıb.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bunun valyuta axını baxımından müsbət tendensiya olduğunu bildirib.

Deputatın sözlərinə görə, qeyri neft-qaz idxalının azalması ölkədən valyuta çıxışını məhdudlaşdırır, qeyri neft-qaz ixracının artması isə ölkəyə daha çox valyuta daxil olmasına imkan yaradır. Bu baxımdan hər iki göstərici makroiqtisadi sabitlik üçün müsbət qiymətləndirilə bilər.

Vüqar Bayramov qeyd edib ki, rəsmi statistikaya əsasən, qeyri neft-qaz idxalında ən böyük azalma faiz ifadəsində minik avtomobilləri üzrə qeydə alınıb. Bu ilin ilk beş ayında Azərbaycana 430,2 milyon dollar dəyərində 23 min 411 avtomobil idxal edilib ki, bu da real ifadədə 40 faiz azalma deməkdir.

Deputatın sözlərinə görə, eyni dövrdə dərman vasitələrinin idxalına 192,6 milyon dollar vəsait xərclənib və bu məhsulların idxalı 34 faiz azalıb. Məişət kondisionerlərinin idxalında 20 faiz, 130 milyon dollarlıq idxalı olan polad prokatında isə 10 faiz azalma qeydə alınıb.

Vüqar Bayramov bildirib ki, yanvar-may aylarında qeyri neft-qaz idxalındakı azalma çay, kartof, ayaqqabı, şokolad və bir sıra digər sənaye və qida məhsulları üzrə də müşahidə olunub. Deputat hesab edir ki, idxal və ixrac göstəricilərindəki bu dinamika ölkənin xarici ticarət balansı və valyuta axınları baxımından müsbət tendensiya kimi qiymətləndirilə bilər.


media-adspc

Bənzər xəbərlər