media-17842793762793131478_1200x630

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 2025-ci və 2026-cı illərin yanvar-iyun ayları üzrə qida məhsullarının daşınması sahəsində müsbət dinamika müşahidə olunub.

ERAmedia-ya ADY-dən bildirilib ki, cari ilin iyun ayında daşınmış qida məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz artıb.

Hesabat dövründə tranzit rejimdə daşınan qida məhsullarının həcmi isə iki dəfə yüksəlib. Bu göstəricilər Azərbaycanın dəmir yolu infrastrukturunun beynəlxalq yükdaşımalar sahəsində artan rolunu və tranzit imkanlarının genişləndiyini nümayiş etdirir.

ADY tərəfindən həyata keçirilən tədbirlər nəticəsində müxtəlif istiqamətlər üzrə yükdaşımaların səmərəliliyinin artırılması, logistika zəncirinin optimallaşdırılması və ölkənin tranzit potensialının gücləndirilməsi istiqamətində işlər davam etdirilir.


media-adspc

Bənzər xəbərlər