media-wr-960

Bir ay ərzində Kuzbassın Prokopyevsk şəhərində ruhi pozğunluqları olan insanlar üçün qocalar evinin doqquz sakini vəfat edib.

ERAmedia yerli mediaya istinadla bildirir ki, baş vermiş hadisə əsasında cinayət işi açılıb.

Antisanitar vəziyyətdə olan müəssisədə qriplə xəstəxanaya yerləşdirilən 46 sakinə qarşı zorakılıq edilib, çürümüş yeməklər verilib və sakinlərin pensiyaları oğurlanıb.

Kemerovo vilayətinin Prokopyevsk şəhərində baş verən hadisə ilə bağlı Kuzbass Əmək və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Müəssisədə A tipli qrip epidemiyası baş verib.

Patologiya-anatoloqların müayinələrinə görə, yeddi nəfərin ölüm səbəbləri uzunmüddətli ürək çatışmazlığının dekompensasiyası, aritmiya ilə ağırlaşan qan dövranı xəstəlikləri və tromboz olub.

Mərhumların yaşlarının 19 ilə 79 arasında dəyişdiyi, yaşlı xəstələr arasında ölümün ən çox yayılmış səbəbləri ürək-damar xəstəlikləri və pnevmoniya olduğu bildirilib. Qocalar evinin gənc sakinləri arasında ölüm səbəbi xroniki nevroloji xəstəliklərin kəskin ağırlaşmaları olub.

Ural Dəyirmançı

 


media-adspc

Bənzər xəbərlər