Rusiyada müxalifət partiyasına qarşı iki qərar qəbul edildi
Pskov Şəhər Məhkəməsi Rusiya Federasiyası Silahlı Qüvvələrini “diskredit etmək”, həmçinin ordu haqqında saxta məlumatlar yaymaqda ittiham olunan “Yabloko” Partiyası sədrinin müavini Lev Şlosberqi 11 il 1 ay müddətinə azadlıqdan məhrum edib.
ERAmedia xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məhkəmə, həmçinin siyasətçiyə 6 il müddətinə internet saytları və çatları idarə etməyi qadağan edib. Şlosberq 2025-ci il dekabrın 5-dən etibarən istintaq təcridxanasında saxlanılır.
Bundan əlavə, Rusiya Ali Məhkəməsi “Yabloko” partiyasının Dövlət Dumasına seçkilərdə iştirakdan kənarlaşdırılması ilə bağlı qərarı qüvvədə saxlayıb. Bu barədə “Vedomosti” məlumat yayıb.










