Rusiyanın kəşfiyyatından Makron barəsində ŞOK İDDİA
Rusiyanın Xarici Kəşfiyyat Xidməti Fransa prezidenti Emmanuel Makronun Afrika ölkələrində Parisin təsirini bərpa etmək məqsədilə bəzi dövlət rəhbərlərinə qarşı gizli suiqəst və çevriliş planlarına Fransız kəşfiyyatına şəxsən təsdiq verdiyini iddia edən sensasion məlumat yayıb.
ERAmedia-nın məlumatına görə, qurumun açıqlamasında qeyd edilir ki, Makron rəhbərliyi Fransa üçün Afrika qitəsində son illərdə müşahidə olunan nüfuz itkisinin aradan qaldırılması üçün “siyasi bir geri dönüş” etməyə çalışır.
Rusiya kəşfiyyatının iddialarına görə, planlaşdırıldığı iddia edilən əməliyyatların detalları aşağıdakı kimidir: Burkina Faso: 3 Yanvar 2026-cı ildəki uğursuz çevriliş cəhdinin arxasında Fransa olduğu və ölkə Prezidenti İbrahim Traoreyə qarşı sui-qəsd planlandığı iddia edilir.
Mali: Fransanın Mali prezidenti Assimi Qoitanı devirmək üçün bölgədəki silahlı qruplara dəstək verdiyi və konvoylara hücumlar təşkil olunduğu iddia olunub.
Madaqaskar və Mərkəzi Afrika Respublikası: BRICS ilə yaxınlaşma siyasəti yürüdən bu ölkələrdə mövcud rəhbərlikləri devirmək və Parisə bağlı rejimləri yenidən qurmaq məqsədi ilə planlar hazırlandığı irəli sürülüb.
Rusiya kəşfiyyatı həmçinin Makronun bu addımlarından əvvəlki Nicolas Maduroya qarşı yönəlmiş cəhdlərdən ilhamlandığını və Parisin bölgədəki bəzi silahlı və terror qruplarını “əsas müttəfiq” kimi istifadə etdiyini iddia edib. İddialarda bu cür siyasətin Fransanın Afrika sahəsindəki nüfuz itkisini daha da dərinləşdirəcəyi vurğulanıb.
Rəsmi Paris və ya Emmanuel Makron tərəfinin bu iddialara dair dərhal rəsmi açıqlama vermədiyi bildirilir.
Mələk Onur










