media-donald-trump-4-rt-gmh-251107_1762536694517_hpmain_16x9

ABŞ Prezidenti Donald Tramp Macarıstandakı seçkilərdə Baş nazir Viktor Orbanın namizədliyini yenidən dəstəklədiyini açıqlayıb.

ERAmedia-nın məlumatına görə, bu barədə Tramp “Truth” sosial mediasında yazıb.

“O, mənim Amerika Birləşmiş Ştatları üçün etdiyim kimi, böyük ölkəsi və xalqı uğrunda yorulmadan mübarizə aparır və onları sevir. Macarıstan və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər mənim administrasiyam dövründə zirvəyə çatıb və möhtəşəm nailiyyətlər əldə edib. Bu da Baş nazir Orbanın sayəsindədir. Uğur və əməkdaşlığa aparan bu möhtəşəm yolu daha da irəlilətmək üçün onunla sıx əməkdaşlıq etməyə davam etməyi səbirsizliklə gözləyirəm”,- deyə Tramp əlavə edib.


media-adspc

Bənzər xəbərlər