Trans-Xəzər Parom Sistemi Kurık və Bakı limanlarını birləşdirəcək
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhlizin) inkişafı istiqamətində aktual məsələlərdən biri Trans-Xəzər Parom Sisteminin yaradılması layihəsidir. Bu layihə Qazaxıstanın Kurık limanı ilə Bakı limanını birləşdirəcək.
ERAmedia xəbər verir ki, bu sözləri Kurık limanının baş direktoru Erkin Niğmetov deyib.
O bildirib ki, layihəyə əsasən, hər iki limanda dəmir yolu-parom platformalarının və xüsusi terminalların tikintisi nəzərdə tutulub. Bununla yanaşı, yeni nəsil 6 ədəd paromun alınması da layihəyə daxildir. Hər bir paroma 120 yüklü vaqon yerləşir.
Bu layihə yükdaşımanın həcmini artırmaqla yanaşı, yüklərin mənzil başına çatdırılmasını da sürətləndirəcək.









