media-16

İyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinə görə “Vətəndaş Müqaviləsi” partiyası qələbə qazanaraq sadə çoxluqla- 105 mandatdan 64-nü əldə etməklə qələbə qazanıb. Bu, Ermənistan Mərkəzi Komissiyasının yekun qərarı olsa da, ölkədə bu qərarı mübahisələndirən siyasi güclər var və onlar elan olunan nəticələrlə razılaşmırlar. Məsələn, bu gün, iyunun 19-da “Güclü Ermənistan” bloku bu qərardan Konstitusiya Məhkəməsinə şikayət ərizəsi təqdim edib.

ERAmedia bildirir ki, bu sözləri Ermənistandakı postseçki dövrü barədə danışan Regional təhlükəsizlik məsələləri üzrə ekspert Firuz Novruzov səsləndirib.

“Maraqlı burasıcır ki, ölkədə yaranan status-kvonun yaratdığı mənzərənin perspektivdə “qarşısıalınmaz çaxnaşmalar yaradacağı” barədə yerli deyil, əsasən, Rusiya siyasətçi və ekspertləri qorxunc proqnozlar verirdilər”- deyən ekspert, onların arqumentlərini belə “əsaslandırdığını“ bildirir: “Rusiya Federasiyasının “qladiatorları” Samvel Karapetyanla Robert Koçaryan və onların rəhbərlik  etdikləri seçki blokları rəsmi nəticələrin saxtalaşdırıldığını bəyan etsələr də, ölkədə “gərgin müqavimət” əlamətləri hiss olunmur”.

Qalib partiyanın lideri Nikol Paşinyan müxalifəti “üçbaşlı mafiya” adlandırsa da, havada “qanlı repressiya” əlamətlərinin olmadığını deyən həmsöhbətimiz, onun Azərbaycan qarşısında götürdüyü öhdəliklərdə müəyyən suallarla üzləşdiyini qeyd edir: “Paşinyanın çarpaz atəş altığında qalmasını qeyd etməliyik. “Vətəndaş Müqaviləsi” parlamentə “əksər yerlərlə” qalib kimi gəlir, amma partiyanın, Konstitusiyaya maneəsiz dəyişikliklər etməsi üçün tələb olunan üçdə iki səs çoxluğu yoxdur. Bu isə Bakının sülh müqaviləsini imzalanmaqda əsas şərt kimi irəli sürdüyü Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarının çıxarılması üçün Referendum keçirilməsini çətinləşdirir”.

Paşinyan iqtidarının qarşılaşacağı “sürprizlər” ancaq bununla bitmir.

Qərbə doğru geosiyasi vektorun fakta çevrilməsi ölkəyə Avropa ilə inteqrasiyanı davam etdirmək və Vaşinqtonla strateji tərəfdaşlığı dərinləşdirmək imkanı versə də, bunun Moskvanın iqtisadi təzyiqləri fonunda baş verəcəyinin şübhə doğurmadığını bildirən Firuz Novruzov Putin Rusiyasının müxtəlif ehtiyat planlarının mövcudluğunu istisna etmir: “Samvel Karapetyan və Robert Koçaryan debütünün “bir işə yaramadığını” görən Kreml agentləri Gümrü şəhərində “ümumi tariximizə qarşı vandalizm aktı” törətsələr də, Ermənistan hüquq-mühafizə orqanlarının 17 saat ərzində şübhəlini yaxalaması məsələnin Rusiyanın nota verməkdən o tərəfə yolunu kəsdi. Üstəlik, Ukrayna Silahlı Qüvvələrinin son günlər Moskvada keçirdiyi ağlagəlməz əməliyyatlar, ola bilsin ki, yaxın dekadalarda Yerevanı müvəqqəti olsa da “labüd xatalardan” qoruya bildi, lakin bu, Paşinyan iqtidarı üçün “əbədi sülh” demək deyil”.  

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər