media-putin-zelensky-russia-ukraine-copy-2

Prezident Volodimir Zelenski Kremlin Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşmək üçün davamlı dəvətlərinə cavab verib.

ERAmedia xəbər verir ki, Ukrayna lideri Putinlə Kremldə görüşə “müharibə bitdikdən sonra, istənilən formatda hazır olduğunu” bildirib.

Hələliksə, Moskva və Belarusda bunun, sadəcə mümkün olmadığını xatırladan Zelenski fikrini belə əsaslandırıb: “Onlardan biri təcavüzkardır, bizə qarşı müharibəyə başlayıb və aparır, bizi öldürür, digər ölkə isə bu hərəkətlərdə onun tərəfdaşıdır”.

Ukraynanın müharibənin real sona çatması üçün konstruktiv və məhsuldar danışıqlar aparmaq üçün harada olur-olsun, Putinlə görüşməyə hazıram”.

Özünün Moskvada Putinlə görüşməyinin mümkün olmadığını xatırladan Prezident, onu Kiyevə də dəvət etdiyini vurğulayıb.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər