Vaşinqtonda GÖRÜŞ: Netanyahu Trampla İran məsələsini müzakirə edəcək
İsrail Baş naziri Benjamin Netanyahu fevralın 11-də ABŞ-yə daha bir səfər edəcək.
ERAmedia Xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumatı yayıb.
B.Netanyahu ilə ABŞ Prezidenti Donald Trampın müzakirə edəcəkləri əsas mövzunun ABŞ-İran danışıqları olacağı gözlənilir.
“Baş nazir hesab edir ki, istənilən danışıqlara İranın ballistik raket arsenalının məhdudlaşdırılması və İranın regiondakı müttəfiq qüvvələrinə dəstəyin dayandırılması mövzuları mütləq daxil edilməlidir”, – mətbuata açıqlamada bildirilir.









