15 yaşlı futbolçu oyun zamanı güllələndi
Braziliyada 15 yaşlı futbolçu yoldaşlıq oyunu zamanı güllələnərək öldürülüb.
ERAmedia xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində həyatını itirən futbolçu “Centro Sportivo Alagoano” klubunun 15 yaşlı gənclər komandasında çıxış edən Mikael Leandro da Silva olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İlkin məlumata görə, silahlı hücum narkotik alveri ilə əlaqəli cinayətkar qruplaşmalar tərəfindən törədilib. Atışma zamanı futbolçudan başqa daha bir neçə nəfər də xəsarət alıb.
Qeyd edək ki, Mikael Leandro daha əvvəl “San-Paulu” klubunun yeniyetmələr komandasında da çıxış edib.










