Vüqar Zifəroğlu Mətbuat Şurasına yeni sədr seçildi
Azərbaycan Mətbuat Şurasına yeni sədr seçilib.
ERAmedia xəbər verir ki, bu gün keçirilən Azərbaycan jurnalistlərinin IX qurultayında Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib.
Qeyd edək ki, Vüqar Zifəroğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanıdır.
O, bu vəzifədə Rəşad Məcidi əvəzləyib.
***
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
ERAmedia xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib.
Qeyd edək ki, qurultay çərçivəsində Mətbuat Şurasının İdarə Heyətinə yeni üzvlər seçiləcək.









