Azərbaycan və Ermənistan arasında sülh regionun sabitliyi üçün mühümdür - Antonio Tayani
İtaliya və Azərbaycan bir-biri üçün dost ölkələrdir. Bizim ölkələrimiz sülhün bərqərar olmasına və beynəlxalq sabitliyin təmin edilməsinə çalışır.
ERAmedia xəbər verir ki, bu sözləri İtaliyanın Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında söyləyib.
“Dünyada baş verən müharibə və münaqişələrin sülh yolu ilə həllinə töhfə verməliyik. Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması regionda sabitlik baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyə o qeyd edib.









