Azərbaycanda əhalinin sayı açıqlandı
2026-cı il iyun ayının 1-i vəziyyətinə Azərbaycanın əhalisinin sayı 10 milyon 271 min 638 nəfərə çatıb.
ERAmedia xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 9 min 287 nəfər və ya 0,1 faiz artıb.
Hazırda ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini isə kənd sakinləri təşkil edir. Əhalinin 49,8 faizi kişilərdən, 50,2 faizi isə qadınlardan ibarətdir.









