media-ixrac_40

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz artaraq 1,8 milyard dollar təşkil edib.

ERAmedia İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin iyul sayına dair ilkin göstəricilərinə istinadla xəbər verir ki, cari ilin iyun ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz artaraq 381,9 milyon dollar olub. Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 19,4 faiz artaraq 175,3 milyon dollara, qeyri-yeyinti məhsullarının ixracı (qeyri-monetar qızıl istisna olmaqla) isə 17,3 faiz artaraq 206,5 milyon dollara bərabər olub.

Məlumata əsasən, bu ilin yanvar-iyun aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 3,4 dəfə, pambıq iplik 2,1 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 50 faiz, alüminium və ondan hazırlanan məmulatlar 40,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 30,1 faiz, pambıq lifi 26,3 faiz, meyvə-tərəvəz 18,9 faiz, çay 19,4 faiz, spirtli və spirtsiz içkilər isə 2,9 faiz artıb.

Cari ilin yanvar-iyun aylarında aqrar məhsullar üzrə ixrac 23,9 faiz artaraq 563,9 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 35,3 faiz artaraq 195,9 milyon dollar təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,6 faiz artaraq 759,8 milyon dollar təşkil edib.


media-adspc

Bənzər xəbərlər