Bali adasında turistlər üçün yeni QADAĞA
İndoneziyanın Bali adasının hakimiyyəti nikahda olmayan turistlər arasında intim münasibətləri qadağan edib.
ERAmedia xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, qadağanı pozan turistlər cinayət məcəlləsinə əsasən məsuliyyətə cəlb olunacaqlar.
İndoneziya vətəndaşları üçün də oxşar qadağa tətbiq edilib. Qanunu pozanları bir ilə qədər həbs cəzası gözləyir.
Bali hakimiyyəti həmçinin prezidenti və dövlət ideologiyasını təhqirə görə cəzaları sərtləşdirib. Artıq dövlət orqanlarını və ya dövlət qurumlarını şifahi, yaxud yazılı şəkildə təhqir edənlər də məsuliyyətə cəld olunacaqlar.









