Baş nazir Qətərin Azərbaycandakı səfirliyində olub
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 15-də Qətər Dövlətinin ölkəmizdəki səfirliyində olub.
ERAmedia-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, Ə.Əsədov Qətər Dövlətinin görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb, Qətərin Azərbaycandakı səfiri ilə söhbət edərək başsağlığı verib.










