media-1767535524869517485_1200x630

Güclü külək Batumi Beynəlxalq Aeroportunda ciddi problemlər yaradıb.

ERAmedia  Acarıstan televiziyasına istinadla xəbər verir ki, Batumi aeroportu dekabrın 4-də güclü külək səbəbindən 3 beynəlxalq və 1 yerli reysi qəbul edə bilməyib.

Reyslərdən 3-ü Kutaisi aeroportuna yönləndirilib. Batumi aeroportunun rəsmi saytının məlumatına görə, bu gün hava limanı Təl-Əviv, Moskva, İstanbul və Nataktaridən reyslər qəbul etməli idi.


media-adspc

Bənzər xəbərlər