media-1721898048_1721889954_bdu_teze_korpus-1_1662195086

Tağı Şahbazi Simurq 1892-ci ildə Bakının Fatmayı kəndində doğulub. İbtidai təhsilini mollaxanada alıb. 1902–1905-ci illərdə İçərişəhərdəki 9 saylı məktəbdə, sonra Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar təhsil məktəbində davam etdirib. Məktəbi bitirdikdən bir il sonra — 1913-cü ildə Bakıda gimnaziyada latın dili üzrə imtahan verərək şəhadətnamə alıb, həmin il Xarkov İmperator Universitetinin Fizika və Riyaziyyat fakültəsinin Təbiyyat şöbəsinə daxil olub. Tələbəlik həyatında inqilabi hadisələrdə iştirak edib. 1914-cü ildə universitetin Tibb şöbəsinə keçməsi onun inqilabi fəaliyyətini daha da genişləndirib. 1915-ci ildə Rusiya Sosial-Demokrat (bolşevik) Fəhlə Partiyasının tələbə təşkilatına daxil olub. 1917-ci ildə Bakıda “Hümmət” təşkilatında, 1918-ci ildə Xarkovda “Cənub türk-tatar işçisi” hərəkatında fəal çalışıb.

1919-cu ildə Ukrayna K(b)P MK yanında “Hümmət” təşkilatının rəhbəri, RSFSR Xalq Milli İşlər Komissarlığının Zaqafqaziya təşkilatları üzrə xüsusi katibi, Şərq xalqları kommunist təşkilatları bürosunda fəaliyyət göstərib.

1922–1923-cü illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında çalışıb, 1923-cü ildə “Maarif və mədəniyyət” jurnalının redaktoru olub, 1923–1926-cı illərdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, 1926–1929-cu illərdə ADU-nun (indiki BDU) rektoru, sonra SSR Xalq Səhiyyə Komissarlığının köməkçisi vəzifələrində çalışıb.

Bədii yaradıcılığa inqilabdan əvvəl başlayıb. “Quşlar kimi azadə”, “İyi aləm”, “Südçü qız”, “Şəkərli çoban”, “Aclar” və s. hekayələrində istismar dünyası, dini fanatizm və xalqa yad “ziyalılar” tənqid olunur.

Sovet dövrü əsərlərində yeni həyat quruculuğu və qadın azadlığı mövzuları əsas yer tutur. Bu mövzular “Haqsızlıq dünyası”, “Hacı Salman”, “Ağanın kənizi”, “Məşədi Qədimin evində bədbəxtlik”, “Azadlıq üçün cinayət”, “Zərifə”, “Küləkli bir axşam” və s. hekayələrində öz əksini tapıb. 1932-ci ildə yazılmış “Düşmənlər” povesti kollektivləşmə dövründə kənddə gedən sinfi mübarizədən bəhs edir.

1937-ci ildə əksinqilabçı, burjua millətçi kimi həbs edilib, 1938-ci ildə 15 dəqiqə davam edən məhkəmədə T. Şahbaziyə ölüm hökmü kəsilib.

Bakıdakı küçələrdən biri onun adını daşıyır.

Vural


media-adspc

Bənzər xəbərlər