Paşinyan, qarşıdakı seçkiləri “unikal fürsət” adlandırdı
Məlum olur ki, Levon Ter-Petrosyan (Ermənistanın ilk prezidenti – red.) əsl Daşnaksütyun təmsilçisi və partiyanın ən uğursuz nümayəndəsidir.
ERAmedia xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu aprelin 23-də jurnalistlərlə söhbətində bildirib. O, Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin qarşıdan gələn seçkilərdə heç bir şansının olmadığına əminliyini bildirib.
Paşinyanın sözlərinə görə, bəzi qüvvələr qisas almaq və “2006-2007-ci illər koalisiyasını– “Daşnaksütyun”, “Çiçəklənən Ermənistan”, “Hayasdan” və digər partiyaların birliyini bərpa etmək fikrindədirlər.
Bu seçkilər xalq üçün “köhnələri siyasi səhnədən atmaq üçün unikal fürsətdir”- deyə, Paşinyan fikrini tamamlayıb.
Ural Dəyirmançı









