Festivalda dalbadal ölümlər: 3 nəfər həyatını itirdi
ABŞ-ın Nevada ştatında keçirilən “Burning Man” festivalında bir neçə gün ərzində üç iştirakçı həyatını itirib.
ERAmedia xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti Pörşinq dairəsinin şerifi Cerri Alleni istinadən məlumat yayıb.
“Üçüncü şəxs Reno şəhərindəki xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun şəxsiyyəti hələ açıqlanmayıb”, – nəşr yazıb.
Bundan əvvəl festival ərazisində 55 yaşlı Sempson Çombenin meyiti aşkarlanıb. Kişi düşərgənin küçələrindən birində tapılıb və daha sonra festival ərazisindəki müvəqqəti tibbi məntəqədə həyatını itirib. Şerifin sözlərinə görə, ilkin olaraq onun ölümündə zorakılıq əlamətləri müəyyən edilməyib.
Nəşrin məlumatına görə, iki gün sonra 60 yaşlı Kreyq Mann öz treylerində ölü vəziyyətdə tapılıb. Hüquq-mühafizə orqanları bu hadisədə də zorakılıq əlamətləri aşkarlamayıb.
Bildirilir ki, hər üç ölümün səbəbi hələ müəyyən edilməyib və hadisələrin bir-biri ilə əlaqəli olduğuna dair hər hansı əlamət yoxdur.
“Burning Man” festivalı Nevada səhrasında avqustun 30-dan etibarən keçirilib və ənənəvi olaraq “Black Rock City” məbədinin yandırılması mərasimi ilə başa çatıb.
Şerifin sözlərinə görə, festivalda hər il adətən ən azı bir ölüm faktı qeydə alınır. Lakin bu il həyatını itirənlərin sayı orta göstəricidən çox olub.
Mələk Onur










