Trampdan ABŞ-da kommunizm xəbərdarlığı
ABŞ prezidenti Donald Tramp Konqresə keçiriləcək aralıq seçkilərində demokratların qalib gələcəyi təqdirdə ölkənin kommunist dövlətinə çevriləcəyini bildirib.
ERAmedia xəbər verir ki, Tramp Respublikaçılar Partiyasının qurultayında çıxışı zamanı demokratları, xüsusilə də özlərini “demokratik sosialistlər” adlandıranları kommunist olmaqda ittiham edib.
“Onlar özlərini demokratik sosialistlər adlandırırlar, amma əslində kommunistdirlər. Onlar sosialist deyillər – çoxdan sosializmin sərhədlərini aşaraq daha uzağa gediblər. Xatırlayın, sonuncu “Millətin vəziyyəti haqqında” müraciətim zamanı demişdim: “Ölkəmiz heç vaxt sosialist olmayacaq”. Mən haqlı idim. Əgər onlar qalib gəlsələr, ölkəmiz kommunist ölkəsinə çevriləcək”, – deyə Tramp bildirib.
Tramp, həmçinin kommunizm üzərində qələbə qazanacağına söz verib.
Vüsalə









