Birinci Ledi aldığı rüşvətə görə 20 ay həbsdə olacaq
Seul məhkəməsi keçmiş birinci xanım Kim Keon Hini biznesdə üstünlük yaratmaq üçün Birləşmiş Kilsədən “çoxlu rüşvət” almaqda günahkar bilərək bir il səkkiz ay həbs cəzasına məhkum edib.
ERAmedia xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Xatırladaq ki, xüsusi prokuror Min Cun Kinin komandası 2024-cü ildə hərbi vəziyyət tətbiq etməklə çevrilişə cəhddə ittiham olunaraq mühakimə olunan devrilmiş prezident Yun Sok Yeolun həyat yoldaşı Kim üçün 15 illik həbs cəzası istəmişdi.
Mərkəzi Rayon Məhkəməsi isə keçmiş birinci xanımı daha yüngül həbs cəzasına məhkum edərək, onu səhm manipulyasiyası sxemində iştirak etmək və Siyasi Fondlar Qanununu pozmaq ittihamları üzrə bəraət verdi.
Məhkəmə həmçinin Kimin büdcəyə 12,8 milyon von (8988 ABŞ dolları) ödəməsi ilə bağlı qərar verib.
Bununla da, Kim və əri ölkədə cinayət ittihamları ilə həbs edilən ilk prezident cütlüyü oldular.
Məhkəmə, həmçinin Kimin Birləşmiş Kilsədən “Chanel” çantası və bahalı “Graff” boyunbağı kimi lüks əşyaları qəbul etməkdə günahkar bilindiyini elan edib.
Ural Dəyirmançı









