media-1740119455_1736324348_1627567207_metroesas

“Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatları olub.

ERAmedia İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı qurum sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Aydan Qurbanova QSC-nin Strateji İnkişaf Departamentinin Dayanıqlılıq şöbəsinin rəisi, Rəsul Rzayev isə QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Digər əmrlə, Rəşad İbrahimov Bakı metrosunun Satınalma şöbəsinin rəis müavini vəzifəsindən azad olunub.


media-adspc

Bənzər xəbərlər