media-ukrayna-bayrak

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Prezidentin kürəkəni Cared Kuşner yaxın günlərdə Ukraynaya səfər edəcəklər.

ERAmedia xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Donald Trampla müsahibəsinə istinadla məlumat yayıb.

ABŞ Prezidenti bildirib ki, administrasiyasının əsas diqqəti Rusiya-Ukrayna müharibəsinə son qoyulmasına yönəlib. Onun sözlərinə görə, Vitkoff və Kuşner Ukraynaya səfər edərək münaqişənin nizamlanması ilə bağlı təmaslar aparacaqlar.

“Biz Ukrayna ilə Rusiya arasındakı müharibənin başa çatmasını istəyirik. Biz raketlərlə deyil, sülhlə maraqlanırıq”, – deyə Tramp vurğulayıb.


media-adspc

Bənzər xəbərlər