media-549411298_1335298351298548_7086557650054808783_n

2016-cı il iyulun 15-i təkcə çevriliş cəhdinin qarşısının alındığı gecə deyil, həm də Türkiyə tarixinə qızıl hərflərlə yazılmış demokratiyanın böyük qələbəsi günüdür. Xalqımız bir çox insanın həyatı bahasına demokratiyanı və azadlığı müdafiə etdi.

ERAmedia xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fətullah Gülən terror təşkilatının (FETÖ) üzvlərinin qarşısı alınmış çevriliş cəhdinin 10-cu ildönümü ilə bağlı məqaləsində deyilir.

“15 iyul: “Türkiyə əsrinin İstiqlal Bəyannaməsi” sərlövhəli məqalə çərşənbə günü qardaş ölkənin bütün aparıcı çap media orqanlarında dərc edilib.

Türkiyə lideri həmvətənlərini xalqın iradəsini terrorçuların misli görünməmiş xəyanət aktından qorumaq üçün küçələrə və meydanlara çıxmağa çağırdığını xatırladıb. Türkiyə Prezidenti yazıb: “Bu çağırış həm də demokratiyaya və sağlam düşüncəyə inamın, həmçinin ölkəmizin xalqının cəsarətinin təzahürü oldu. Həmin gecə Türkiyənin 253 oğlu və qızı şəhid oldu, 2000-dən çox qardaş və bacımız yaralandı. Bu rəqəmlərin hər biri Vətən, Bayraq və milli iradə naminə göstərilən fədakarlıq, şücaət və qəhrəmanlığın rəmzidir”.

Məqalə müəllifi FETÖ-yə qarşı fəal mübarizənin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə on ildir davam etdiyini qeyd edib.

Türkiyə lideri Gülənin tərəfdarlarını “dövlətə sızmış bir şiş” adlandırıb. O qeyd edib: “Bu xərçəng hüceyrələrini məhv edilməsi və bütün məsul şəxslərin məsuliyyətə cəlb olunması şəhidlər qarşısında ən böyük borcumuzdur. Biz FETÖ-nü bürokratiyadan orduya, məhkəmə sistemindən biznes dünyasına qədər həyatın bütün sahələrindən təmizlədik. Gələcəkdə FETÖ və oxşar cinayətkar təşkilatların hücumlarının qarşısını almağın yeganə yolu 15 iyul ruhunu qorumaq və bu anlayışı yeni nəsil vətəndaşlara aşılamaqdır”.

Prezident Ərdoğan vurğulayıb ki, birlik və həmrəylik türk xalqının əsas güc mənbəyidir.


media-adspc

Bənzər xəbərlər