media-netan

İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının iclasında çıxışı zamanı bir sıra nümayəndə heyətlərinin zalı tərk etməsinə baxmayaraq, İran və ABŞ əleyhinə kəskin ifadələr səsləndirib.

Milli Məclisin sabiq deputatı Etibar Əliyev ERAmedia-ya açıqlamasında BMT-nin hazırkı vəziyyətini və qurumun tarixində baş vermiş diqqətçəkən hadisələri şərh edib.

O bildirib ki, BMT artıq əvvəlki təsir gücünü itirmiş qurum təsiri bağışlayır:

“BMT artıq kəsərsiz bir quruma çevrilib. Qarabağımızın işğalı zamanı bu qurum qəbul etdiyi qətnamələrin arxasında dayanmadı.”

Etibar Əliyev BMT tarixində baş vermiş hadisələrə də diqqət çəkib. Onun sözlərinə görə, qurumun tarixində Nikita Xruşşovun iştirakı ilə bağlı hadisə də xüsusi yadda qalıb.

“BMT-nin tarixinə nəzər yetirəndə Nikita Xruşşovun botinkası da xatırlanır. 12 oktyabr 1960-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının baş katibi BMT Assambleyasında çıxışı zamanı tribunada botinkasını çıxarıb kürsüyə döyəcləməklə Sovetlərin düşmənlərini hədələmişdi”, – deyə sabiq deputat qeyd edib.

O əlavə edib ki, həmin dövrdə BMT Baş Assambleyasının iclaslarında nümayəndə heyətlərinin kütləvi şəkildə zalı tərk etməsi kimi mənzərə müşahidə olunmurdu.

Vural


media-adspc

Bənzər xəbərlər