media-01m3q754zj97a3hva1380hsj6e-medium

Mərakeş Kralı VI Məhəmməd Fatimə Zəhra əl-Mənsurini ölkənin Baş naziri təyin edib.

ERAmedia  “Associated Press”ə istinadən xəbər verir ki, bununla da 50 yaşlı əl-Mənsuri Mərakeş tarixində bu vəzifəni tutan ilk qadın olub.

Kral Sarayının açıqlamasına görə, indiyədək şəhərsalma naziri vəzifələrini icra edən əl-Mənsuriyə yeni hökuməti formalaşdırmaq tapşırılıb.

Yeni Baş nazirin koalisiya hökuməti formalaşdıracağı gözlənilir.

Əl-Mənsuri, həmçinin Tunisin keçmiş Baş naziri Nəcla Budendən sonra ərəb dünyasında hökumət başçısı vəzifəsini tutan ikinci qadın olub.

 


media-adspc

Bənzər xəbərlər