Fransada dövlət qulluqçuları tətilə başladı - Aviareyslər ləğv edildi
Fransada dövlət qulluqçularının ümummilli tətili səbəbindən bəzi aviareyslər ləğv edilib.
ERAmedia xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Fransanın Mülki Aviasiya Baş İdarəsi (DGAC) Parisin Şarl de Qoll hava limanında yerli vaxtla saat 07:00-dan 20:00-dək reyslərin 5 faizinin, Marsel hava limanında isə saat 16:00-dan 00:00-dək reyslərin 25 faizinin ləğv edilməsinə göstəriş verib.
Məlumata görə, Nant, Strasburq, Limoges, Lurd və Po şəhərlərinin regional hava limanlarında da aviareyslərdə fasilələrin yaranması mümkündür.
Fransanın digər hava limanlarında isə hava nəqliyyatının normal rejimdə həyata keçiriləcəyi bildirilir.
Şarl de Qoll hava limanı Air France-KLM aviaşirkətinin əsas qovşaqlarından biridir.
Mələk Onur










