Bu gün ilk finalçısı bəlli olacaq
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.
ERAmedia xəbər verir ki, ilk oyun günündə Fransa və İspaniya kollektivləri üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Fransa millisi 1/4 finalda Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. İspaniya isə Belçika seçməsini 2:1 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, dünya çempionatının ikinci yarımfinal görüşündə İngiltərə və Argentina komandaları qarşılaşacaq. Mundialın final görüşü iyulun 19-da baş tutacaq.










