media-1_gettyimages-120702665

Amerikalı fizik, Harvard Universitetinin keçmiş professoru Maykl Quillen Bibliya cənnətinin yerini tapdığını iddia edib.

ERAmedia xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti yazıb.

Alim cənnətin kosmik üfüqdən kənarda olduğu fərziyyəsini irəli sürüb. O, zamanın müşahidə edilə bilən kainatın xaricində dayandığına inanır, keçmiş, indiki və ya gələcək olmadığını düşünür. Quillen qeyd edib ki, bu fenomen Müqəddəs Kitabda təsvir edilən cənnətlə uyğun gəlir.

Əksər astronomlar isə fərqli düşünürlər. Onların fikrinə görə, müşahidə edilə bilən kainatın xaricində kosmos davam edir və biz bunu işıq sürətinin məhdud olması səbəbindən görə bilmirik.

Əvvəllər komadan oyanan 72 yaşlı amerikalı neyrocərrah Eben Aleksandr bacısı ilə axirətdə görüşdüyünü iddia etmişdi. Aleksandr koma zamanı şüurunun digər dünyaya daşındığını və o dünyanın cənnət olduğunu bildirmişdi.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər