Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
ERAmedia-ya Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 19-da cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 21-22, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıx 23-24 dərəcə isti olacaq.










