media-dc

Futbol üzrə dünya çempionatının İspaniya və Argentina yığmaları arasında keçiriləcək final oyununun Kanadadakı meşə yanğınları səbəbindən təxirə salınması ehtimalı yaranıb.

ERAmedia “Ole.us” nəşrinə istinadən xəbər verir ki, yanğınlar səbəbindən Kanadanın bir sıra şəhərlərini tüstü bürüyüb və hətta ABŞ-nin şimal ştatlarına qədər yayılıb. Bununla əlaqədar Çikaqoda açıq havada keçirilməsi planlaşdırılan tədbirlər, eləcə də MLS çərçivəsində gözlənilən “Chicago Fire” – “Vancouver Whitecaps” oyunu ləğv edilib.

Məlumata görə, havanın keyfiyyəti insan sağlamlığı üçün təhlükəli səviyyəyə çatarsa, FIFA turnirin təqvimində dəyişiklik edə bilər.

Final oyununun iyulun 19-da ABŞ-ın İst-Raterford şəhərində yerləşən MetLife stadionunda keçirilməsi nəzərdə tutulur. Qarşılaşmanın start fitinin Bakı vaxtı ilə saat 23:00-da səslənəcəyi bildirilir.

1535660


media-adspc

Bənzər xəbərlər