Elza Seyidcahan və QARAGÜRÜH

Söhbətin axarı “Vətənə xəyanət” ittihamına tərəf gedir.
Məlum olub ki, Seyidcahan Ermənistanda konsert vermək istəyirmiş.
Hərçənd ki, xanım Seyidcahan “döyüş alınlarına” yazılan, əyinlərinə kəfən geyinib cəng meydanına girən “Vətən fədailərinə” and-aman edərək Ermənistan auditoriyası qarşısında konsert barədə qərarı özbaşına vermədiyini deyir. Sadəcə, jurnalistlərdən birinin “Azərbaycanla Ermənistan arasında sülh genişlənsə, gələcəkdə orada konsert verməyi düşünürsünüzmü?”- sualına öz ampulasına uyğun cavab verib: “Əlbəttə, konsertə hazırlaşıram. İrəvanda açıq havada “Qarabağ Azərbaycandır” şüarı ilə solo çıxış edəcəyəm və sevilən şeirlərimi səsləndirəcəyəm”.
Bundan sonra isə “sevilən şeirlərini” sadalayıb:“Əşyalarım”, “Tikim” və “Sapım”-ı söyləyəcəm”.
Xanım Seyidcahan “guya şeirlərimlə məni utandırmaq istəyirlər”- deyərək, onlarla nəinki utandığını, əksinə “fəxr etdiyini” belə əsalandırır: “Yazıçılar deyiblər ki, mənim bir şeirimdən üç kitab yazmaq olar!”.
Mənim sözüm “Ermənistan auditoriyasında konsert vermək istəyən” xanım Seyidcahana deyil, bizim qaragüruhadır: ermənilərə xalqımızın sülh məramını çatdırmaq istəyinə görə bir xanımı “hoydu-hoyduya” qoymaqla niyə millətimizi dünyanın gözündə ikiqəpiklik edirsiniz?









