Final matçının fasiləsi 30 dəqiqə olacaq
FIFA ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının finalında oyun qaydalarından kənara çıxacaq.
ERAmedia “The Times” nəşrinə istinadən xəbər verir ki, iyulun 19-da keçiriləcək həlledici görüşdə hissələrarası fasilə 15 deyil, 30 dəqiqəyə qədər davam edəcək.
Buna səbəb mundial tarixində ilk dəfə təşkil olunacaq fasilə şousudur. Şouda dünyaşöhrətli müğənnilər Madonna, Şakira, Castin Biber, eləcə də Cənubi Koreyanın BTS qrupu çıxış edəcəklər. Proqramın bədii rəhbəri isə “Coldplay” qrupunun solisti Kris Martin olacaq.










