General Həzi Aslanovun qələbəyə aparan döyüş taktikası necə idi?
Azərbaycanın görkəmli sərkərdələrindən biri olan general Həzi Aslanov döyüş meydanında tətbiq etdiyi fərqli taktiki gedişləri ilə seçilirdi.
ERAmedia xəbər verir ki, Həzi Aslanovu digər generallardan fərqləndirən əsas xüsusiyyət onun bütün hərbi əməliyyatlarda gözlənilməz zərbələr endirməyə üstünlük verməsi idi. Generalın rəhbərlik etdiyi tank bölmələri düşmənin heç gözləmədiyi istiqamətlərdən hücuma keçərək onların müdafiəsini yarırdı.
Həzi Aslanov döyüşlər zamanı müxtəlif aldadıcı və səhnələşdirilmiş taktikalardan istifadə etməklə düşmənin diqqətini yayındırır, əsas zərbəni isə gözlənilməz nöqtədən endirirdi. Bu strategiya ona qısa müddətdə uğurlu nəticələr əldə etməyə imkan verirdi.
Məşhur sərkərdə uzunmüddətli və ağır döyüşlərin tərəfdarı deyildi. O, sürətli hücum, dəqiq planlaşdırılmış əməliyyat və qəfil zərbələrlə qələbə qazanmağın daha effektiv olduğunu hesab edirdi.
General Həzi Aslanovun hərbi fəlsəfəsini ifadə edən məşhur şüarı isə belə idi: “Gözlənilməz zərbə, hücum və qələbə.” Bu prinsip onun rəhbərlik etdiyi əməliyyatlarda qazanılan uğurların əsasını təşkil edən amillərdən biri kimi tarixdə qalır.
Vüsalə









