Hacı Zeynalabdin Tağıyevin ailəsinə aid tarixi kadr yenidən gündəmdə - FOTO
Azərbaycanın görkəmli xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin övladlarına aid tarixi foto sosial şəbəkələrdə maraqla qarşılanıb.
ERAmedia xəbər verir ki, fotoda Hacı Zeynalabdin Tağıyevin övladları – Sara, Məmmədkazım, Leyla və Sürəyya əks olunub. Paylaşımı jurnalist Vüsalə Məmmədli öz sosial şəbəkə hesabında edib.
Sözügedən foto Tağıyevin ailəsinə aid nadir arxiv görüntülərindən biri hesab olunur və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Paylaşım qısa zamanda çoxsaylı bəyənmə və şərhlər toplayaraq Azərbaycanın tarixi irsinə marağı bir daha nümayiş etdirib.










