media-17750350325275925408_1200x630

İran Hörmüz boğazından keçmək istəyən gəmilərlə bağlı diqqətçəkən yeni statistika yayımlayıb. Fars Körfəzi Su Yolu İdarəsinin açıqladığı məlumatlara görə, aprel ayından etibarən İranla birbaşa əlaqəsi olmayan 300-dən çox gəmi boğazdan keçid icazəsi almaq üçün müraciət edib.

ERAmedia xəbər verir ki, açıqlanan rəqəmlər Hörmüz boğazının təkcə hərbi və siyasi baxımdan deyil, həm də enerji və qlobal ticarət üçün nə qədər strateji əhəmiyyət daşıdığını bir daha nümayiş etdirib.

Fars Körfəzi Boğaz İdarəsi (PGSA) “X” sosial media platformasındakı hesabında Hörmüz boğazından keçidlərlə bağlı statistik göstəriciləri paylaşıb.

Məlumata əsasən, aprel ayından bu yana İranla əlaqəsi olmayan 300-dən çox gəmi keçid icazəsi üçün müraciət edib və həmin gəmilərin böyük əksəriyyətini neft tankerləri təşkil edib.

İcazə üçün müraciət edən gəmilərin 42 faizi neft tankeri, 27 faizi quru yük gəmisi, 11 faizi konteyner gəmisi, 8 faizi LNG (maye təbii qaz) daşıyan gəmi, 6 faizi yük gəmisi, 4 faizi isə xidmət gəmisi olub.

Fars körfəzindən çıxmaq üçün müraciət edən gəmilərin əsas son təyinat məntəqələri Çin və Hindistan başda olmaqla Asiya ölkələri olub. Körfəzə daxil olmaq istəyən gəmilərin ən çox yönəldiyi ölkə isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub.

Körfəzə daxil olmaq istəyən gəmilərin son təyinat məntəqələri belə sıralanıb: 34 faiz BƏƏ, 31 faiz Qətər, 17 faiz İraq, 10 faiz Küveyt, 3 faiz Səudiyyə Ərəbistanı, 3 faiz Oman. Qalan 2 faizlə bağlı isə məlumat verilməyib.

Körfəzdən çıxmaq istəyən gəmilərin son təyinat məntəqələri isə 28 faiz Çin, 19 faiz Hindistan, 23 faiz Çin və Hindistan istisna olmaqla digər Asiya ölkələri, 12 faiz Avropa, 10 faiz Afrika və 8 faiz digər ölkələr olub.

Sonda qeyd olunub ki, Hörmüz boğazından keçid üçün müraciət edən gəmilərin 77 faizi Fars körfəzindən çıxmaq, 23 faizi isə körfəzə daxil olmaq məqsədilə icazə istəyib.

Vural


media-adspc

Bənzər xəbərlər