BMT-dən Trampa cavab
BMT-dən ABŞ Prezidenti Donald Trampın “Ay ABŞ-nindir” bəyanatına cavab verilib.
ERAmedia xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Düjarrik təşkilatın kosmosun dinc məqsədlərlə istifadəsinə sadiq olduğunu bildirib:
“Biz kosmosun dinc məqsədlərlə istifadəsinə inanırıq və deyəcəyim budur”.
ABŞ da daxil olmaqla 100-dən çox dövlətin tərəf olduğu 1967-ci il Kosmos Müqaviləsi Ayın və digər səma cisimlərinin suverenlik, istifadə və ya işğal iddiaları ilə milli mənimsənilməsini qadağan edir.










