İrana zərbələr qəbuledilməzdir - Quterreş
BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və İran arasında artan gərginlik fonunda İrandakı mülki obyektlərə edilən hücumları pisləyib.
ERAmedia xəbər verir ki, bu barədə BMT-nin rəsmi nümayəndəsi Farhan Hak məlumat verib.
Onun sözlərinə görə, Antonio Quterreş regionda vəziyyətin daha da gərginləşməsindən ciddi narahatdır və mülki infrastruktura qarşı hücumları qəbuledilməz hesab edir.
“Baş katib İranda və regionun digər ölkələrində yerləşən mülki obyektlərə edilən hücumlardan xüsusi narahatlıq keçirir. Mülki infrastruktura zərbələr yolverilməzdir”, – deyə Farhan Hak bildirib.
Qeyd olunur ki, BMT rəhbərinin açıqlaması Tehranın ABŞ-ı ölkənin nəqliyyat və digər mülki infrastrukturuna ziyan vurmaqda ittiham etməsindən sonra səsləndirilib.
Quterreş tərəfləri təmkinli davranmağa çağıraraq regionda yeni eskalasiyanın qarşısının alınmasının vacibliyini vurğulayıb.










