media-1790403828_goxxcirjy3gmtsoh

İranda sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 17 nəfər yaralanıb.

ERAmedia  xəbər verir ki, qəza Həmədan-Save avtomagistralında, Save şəhəri yaxınlığında baş verib. Bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.

Məlumata görə, avtobus ölkənin qərb hissəsindən Tehran istiqamətində hərəkət edib. Save şəhəri yaxınlığında avtobus magistral yolda aşıb.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik müəyyən edilməyib.


media-adspc

Bənzər xəbərlər