media-178406276771034138_1200x630

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında ilk finalçı bəlli olub.

ERAmedia xəbər verir ki, yarımfinalda Fransa yığmasını 2:0 hesabı ilə məğlub edən İspaniya millisi həlledici görüşə vəsiqə qazanıb.

Hesabı 22-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Mikel Oyarsabal açıb. Digər qolu isə 58-ci dəqiqədə Pedro Porro vurub.

İspaniya millisinin finaldakı rəqibi Argentina – İngiltərə oyununun qalibi olacaq. Qarşılaşma bu gün saat 23:00-da keçiriləcək.

Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.


media-adspc

Bənzər xəbərlər