media-1792628800580646675_1200x630

Kiyev şəhər meri Vitali Kliçko teleqram səhifəsində bildirib ki, Kiyevdə gecə ərzində hava hücumu nəticəsində ikisi uşaq olmaqla 15 nəfər yaralanıb. Onlardan 8-i xəstəxanalara yerləşdirilib.

ERAmedia Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bundan başqa hava zərbəsi nəticəsində Kiyevin sağ və sol sahillərini birləşdirən “Cənub” körpüsündə dağıntı qeydə alınıb. Həmin körpüdə hərəkət dayandırılıb.

Merin sözlərinə görə, hava zərbəsi nəticəsində metro infrastrukturuna ziyan dəydiyindən, metronun bəzi istiqamətlərinə hərəkət dayandırılıb.

Bundan başqa təcili tibbi yardım xəstəxanasının binasına və 6 avtomobilinə ziyan dəyib.


media-adspc

Bənzər xəbərlər